![]() ![]() ![]()
Какой рейтинг вас больше интересует?
|
Главная /
Каталог блоговCтраница блогера Kayzen/Записи в блоге |
![]() |
|
Məşhurların uğursuz və qəribə ölümləri
2013-06-15 17:36:52 (читать в оригинале)2006-cı ildə məşhur avstraliyalı vəhşi təbiət eksperti, “timsah ovçusu” Stiv İrvin skat balığının iynəsi ilə onu ürəyindən sancması nəticəsində dünyasını dəyişib.
Tualetdə ölənlər çox olub, onlardan ən məşhuru isə Elvis Preslidir. Rok-n-rollun kralı tualetdə qusanda vəfat edib. Həkimlərin dediyinə görə, “kral”ın ölüm səbəbi köklük və dərmanlardan yaranan infarktdır.
Cerom İrvinq Rodeyl sağlam qida qəbulu tərəfdarlarından olub. “Bədbəxt bir təsadüf olmasa, 100-ə qədər yaşayacam” deyən Rodeyl 72 yaşında getdiyi bir tok-şouda infarkt keçirərək həyatını itirib.
“Müasir rəqsin anası” kimi tanınan, rus şair Sergey Yeseninin həyat yoldaşı olmuş Aysedora Dunkanın özü qədər məşhur şərfi 1927-ci ildə mindiyi maşının təkərinə dolaşıb və o, boğularaq ölüb.
1869-1916-cı illərdə yaşamış rus həkim, rahib, sirli Qriqori Rasputinin həyatı kimi ölümü də müəmmalı olub.
Rasputinə qarşı sui-qəsd planını knyaz Yusupov və Dövlət Dumasının üzvü Purişkeviç hazırlayıb.
Ardı
Biologiya = bios+loqos
2013-06-12 23:28:03 (читать в оригинале)Biologiya (yunanca «bios» — həyat, «loqos» — elm) həyat, onun forma və qanunauyğunluqları haqqında elmdir. Bu termini elmə ilk dəfə 1802-ci ildə fransız alimi J.B. Lamark və alman təbiətşünası Q.R. Treviranus bir-birindən xəbərsiz daxil etmişlər. Biologiya elmi canlılara məxsus bütün xüsusiyyətləri daşıyan orqanizmləri öyrənir.
Biologiya canlı təbiət, nəsli kəsilmiş və hazırda yaşayan canlı varlıqların quruluşunu, funksiyasını, əmələ gəlməsi, yayılması, çoxalması və inkişafını, orqanizmlərlə cansız təbiət arasında mövcud olan qarşılıqlı əlaqəni öyrənir. Bütün canlı orqanizmlər bir-birindən fərdi xüsusiyyətlərinə görə fərqlənir. Lakin onları birləşdirən yeganə xassə həyatdır.
Ardı
Ququş | Faiqə Atəşin
2013-06-07 22:26:58 (читать в оригинале)«Neyləyim ki sənə çata bilmirəm…»
«Ona qarşı təzyiqlər davam edirdi. Ondan hətta müsahibə alınmasına da qadağan edilmişdi. Alaqaranlıq otağında pəncərəyə yaxın yerləşən divanın üstündə əyləşib gözünü bir nöqtəyə zilləmişdi.
— Mənim günahım nədir? — deyə pıçıldayırdı.
Bütün fəsilləri qapalı otaqda pəncərə arxasından baxmağa məcbur edilmişdi. Nə vaxtsa ölkəsinin dəb, gözəllik, tərəqqi rəmzi olan bir insan qəfəsdə yaşaya bilərmi? Yeni rejim onun həyatını əbədi puç etmişdi. Müğənni depressiyadan əziyyət çəkməyə başlamışdı. Ətraf mühitlə əlaqəsi kəsilən Ququş daha oxumurdu...».
Əslən Azərbaycan türkü olan bu xanım həyatının ən gözəl günlərini elə gəncliyində yaşadı. O zamana qədər ki, artıq tale onu imtahana çəkirdi; Ququş həyatının ən uzun gecələri başlayırdı artıq…
1950-ci il mayın 5-də Tehranın Sarıçeşmə küçəsindən başladı fərari mələk Ququşun ilk uzun gecəsi. Kasıb bir məhəllədə, yoxsul ailədə dünyaya gözlərini açdı. Valideynləri əslən Azərbaycandan idi, əvvəlcə Gəncədən Bakıya, daha sonra isə Bakıdan İrana köçmüşdülər.
Ardı
"Evcik-evcik" oynayın
2013-06-07 16:14:42 (читать в оригинале)
Bu iki xüsusiyyətdən birincisi uşaqların oyun vaxtı öz aralarında problem yaşasalar belə, bir qədər sonra heç bir şey olmamışmış kimi eyni oyunu davam etdirmələri, ya da, necə deyərlər, oyuna sıfırdan başlamalarıdır. Bu, çox vaxt evli tərəflərdə çatışmayan və evli tərəflərin yaşadıqları problemlərin böyüməsinə səbəb olan bir xüsusiyyətdir.
“Evcik-evcik” oynayan uşaqların bu “yanaşma tərzi”ndən məhrum olan evli tərəflər günlərlə, hətta aylarla bir-birilərindən incik (və ya küskün) qala bilirlər. Evli tərəflər arasında yaşanan bu cür incikliklər (və ya küskünlüklər), nəticə etibarı ilə, tərəflər arasında soyuqluq meydana gəlməsinə səbəb olur. Hətta bir qədər sonra bu, evli tərəflərin istər sözlərinin, istərsə də hərəkətlərinin bir-birilərinə “anormal” görünməsinə gətirib çıxarır.
Şübhəsiz ki, hər bir evli tərəf problem yaşaya bilər. Ancaq əsas məsələ, evli tərəfin problemə necə yanaşması və incikliyə (və ya küskünlüyə) necə nöqtə qoymasıdır. Təbii ki, burada da ən yaxşı misal yenə “evcik-evcik” oyunudur.
”Evcik-evcik” oyununun iki əsas xüsusiyyətindən ikincisi isə uşaqların vaxtaşırı da olsa, rollarını dəyişmələridir. Belə ki, uşaqlar bir gün əvvəl “ata” rolunu ifa etdikləri halda, ertəsi gün “uşaq” rolunu ifa edə bilirlər.
Ardı
Müqayisə
2013-06-05 19:58:17 (читать в оригинале)
Dostu:
— Səni narahat edən elə budur? — deyə soruşdu.
Adam:
— Bəli, — dedi, — səndən məsləhət almağa gəlmişəm. Bu vəziyyətdən çıxmaq üçün nə etməliyəm?
Dostu cavab verdi:
— Sənə bir məsləhətim var. Bu gün evə gedəndə bir kitabxanaya baş çək. Oradan “Nyu-York Tayms”ın 1970-ci il almanaxını al və 930-cu səhifəsinə bax. Orada sənə lazım olan şeyi tapacaqsan.
Adam dostundan ayrılar-ayrılmaz, bir kitabxanaya getdi. “Nyu-York Tayms”ın 1970-ci il almanaxını tapdı və 930-cu səhifəsini açdı. Ancaq orada ona lazım olan şeyi görmədi.
Ardı



![]() | ||
+203 |
215 |
книга мудрости |
+188 |
288 |
Relazioni |
+164 |
208 |
Палитра тишины - веб-дизайн и не только... |
+163 |
207 |
Blender-Empire |
+148 |
227 |
Карен-тян |
![]() | ||
-3 |
13 |
ITDalee |
-5 |
245 |
Создавая пространство.. Блог декоратора Кати Саган |
-6 |
4 |
antiqvar |
-8 |
7 |
Канарик |
-11 |
6 |
Real_Dark_Trancer |

Загрузка...

взяты из открытых общедоступных источников и являются собственностью их авторов.