İnsan yarandığı gündən etibarən ölümsüzlüyün yolunu və gənclik «eleksiri»nin repestini tapmağa çalışır. Sağlam yaşamaq və gənc qalamq üçün effektli müalicə üsulları axtarır.
Gənc və sağlam qalmaq həvəsi insanları qəribə və elmi cəhətdən təsdiq olunmamış təhlükəli addımlar atmağa sövq edir. Baxmayaraq ki, tibbdə və elmdə bəzi müalicə üsulları rədd edilir, dünyanın bir çox yerində hələ də istifadə edilir.
Qurğuşun — Azərbaycanda və bir çox müsəlman ölkələrində qorxunu aradan qaldırmaq üçün qurğuşun əridilər. Bunun təkcə qorxunu deyil, bədəndə yığılan bütün stress və gərginliyi aradan qaldırdığdığına dair də inanclar olduqca yüksəkdir.
Peruda hamilə qadın delfinlərlə müalicədən istifadə edir. Delfinlərin buraxdığı yüksək tezliklə səslər ana bətnindəki uşağın beyninə müsbət təsir göstərir.
Ardı
2006-cı ildə məşhur avstraliyalı vəhşi təbiət eksperti, “timsah ovçusu” Stiv İrvin skat balığının iynəsi ilə onu ürəyindən sancması nəticəsində dünyasını dəyişib.
Tualetdə ölənlər çox olub, onlardan ən məşhuru isə Elvis Preslidir. Rok-n-rollun kralı tualetdə qusanda vəfat edib. Həkimlərin dediyinə görə, “kral”ın ölüm səbəbi köklük və dərmanlardan yaranan infarktdır.
Cerom İrvinq Rodeyl sağlam qida qəbulu tərəfdarlarından olub. “Bədbəxt bir təsadüf olmasa, 100-ə qədər yaşayacam” deyən Rodeyl 72 yaşında getdiyi bir tok-şouda infarkt keçirərək həyatını itirib.
“Müasir rəqsin anası” kimi tanınan, rus şair Sergey Yeseninin həyat yoldaşı olmuş Aysedora Dunkanın özü qədər məşhur şərfi 1927-ci ildə mindiyi maşının təkərinə dolaşıb və o, boğularaq ölüb.
1869-1916-cı illərdə yaşamış rus həkim, rahib, sirli Qriqori Rasputinin həyatı kimi ölümü də müəmmalı olub.
Rasputinə qarşı sui-qəsd planını knyaz Yusupov və Dövlət Dumasının üzvü Purişkeviç hazırlayıb.
Ardı