Hər bir qadın sağlam ailəyə sahib olmaq isəyir. Çünki xoşbəxtliyin açarı da məhz düzgün qurulmuş ailədədir. Bolqariyalı alim-psixoloqlar ailənin dağılma səbəblərini uzun müddət araşdırdıqdan sonra yaxşı ailə sahibi olmaq istəyən qadınlar üçün aşağıdakı qanunları işləyib hazırlayıbar.
1. Düşünməyin ki, sənət, karyera və ya sosial status sizə ailə və uşaqları əvəz edə bilər. Çətin olsa da, qadın həyatda hər şeyə vaxt ayırmalıdır; həmçinin xarici görünüşünə, geyiminə. Ümumiyyətlə qadınlıqla bağlı hər şeyə önəm verməlidir.
2. Yaxşı ailə göydən düşmür. Təbii ki, bunu bizə nə təbiət verir, nə də öz-özünə yaranır. O da adi yaradılış kimidir. Çoxlu enerji, diqqət, qayğı və bacarıq tələb edir. Həmçinin bu şeylər kişidən daha çox, qadından tələb olunur.
Ardı
«Neyləyim ki sənə çata bilmirəm…»
«Ona qarşı təzyiqlər davam edirdi. Ondan hətta müsahibə alınmasına da qadağan edilmişdi. Alaqaranlıq otağında pəncərəyə yaxın yerləşən divanın üstündə əyləşib gözünü bir nöqtəyə zilləmişdi.
— Mənim günahım nədir? — deyə pıçıldayırdı.
Bütün fəsilləri qapalı otaqda pəncərə arxasından baxmağa məcbur edilmişdi. Nə vaxtsa ölkəsinin dəb, gözəllik, tərəqqi rəmzi olan bir insan qəfəsdə yaşaya bilərmi? Yeni rejim onun həyatını əbədi puç etmişdi. Müğənni depressiyadan əziyyət çəkməyə başlamışdı. Ətraf mühitlə əlaqəsi kəsilən Ququş daha oxumurdu...».
Əslən Azərbaycan türkü olan bu xanım həyatının ən gözəl günlərini elə gəncliyində yaşadı. O zamana qədər ki, artıq tale onu imtahana çəkirdi; Ququş həyatının ən uzun gecələri başlayırdı artıq…
1950-ci il mayın 5-də Tehranın Sarıçeşmə küçəsindən başladı fərari mələk Ququşun ilk uzun gecəsi. Kasıb bir məhəllədə, yoxsul ailədə dünyaya gözlərini açdı. Valideynləri əslən Azərbaycandan idi, əvvəlcə Gəncədən Bakıya, daha sonra isə Bakıdan İrana köçmüşdülər.
Ardı