Геополитическая ситуация Первая половина октября 2016 была отмечена продолжением диалога по ...
Геополитическая ситуация Первая половина октября 2016 была отмечена продолжением диалога по ...
Hər bir qad ...

Hər bir qadın röyalarının kişisini tapıb evlənmək istəyir. Lakin bu o qədər də asan deyil. Buna görə məsləhətlərə əməl edin və kişilərin ciddi münasibət qurmaq istədiyi qadınlar haqqında məlumata sahib olun.
1. Öz həyatınız olmalıdır və öz ayaqlarınız üzərində durmağı bacarmalısınız. Sosial həyatını sevdiyi kişiyə görə qurmayan qadınlar güclü qadın imici yaradır. Bu isə kişiləri ən az xarici gözəllikləri qədər təsirləndirir. Üstəlik sadəcə sevgilinizlə deyil, ailəniz və dostlarınız da vaxt keçirmək münasibətləriniz üçün yaxşı olur.
2. İlk addımı atan siz olmayın – bu çox müzakirə olunan məsələlərdən biridir. Lakin nəticə eynidir. Buna görə “qaçanın arxasınca düşərlər” məsəlini yaddan çıxarmayın. Əgər ilk addımı atıb və görüşü siz təyin etsəniz, sizinlə həqiqətən maraqlandığını və ya fürsətdən istifadə etmək istədiyini heç vaxt öyrənə bilməyəcəksiniz.
3. Seksual olun — sevginizin çiçək açdığı ilk günlərində və flirtin gözəl olduğu zamanlarda nə çox utancaq olmalı, nə də ki, çox açıq olmasınız. Aşırı açıq geyim isə geyinmək olmaz. Çünki sizi ciddi bir xanım kimi qəbul edə bilməyəcək.
4. Dəyər verdiyinizi göstərin – ona verdiyiniz dəyəri göstərmək üçün bahalı hədiyyələr almaq lazım deyil. Gündəlik işlərdə ona bacardığınız yardımı edin və xoş davranın. Bu kişilər üçün ən böyük hədiyyədir.
Ardı

Heç uşaqların oyandıqları “evcik-evcik” oyununa tamaşa etmisinizmi? Ya da ən azı uşaqlıqda oynadığınız “evcik-evcik” oyununu xatırlayırsınızmı? Bu yazıda sizə “evcik-evcik” oyununun iki əsas xüsusiyyətindən bəhc edəcəyik…
Bu iki xüsusiyyətdən birincisi uşaqların oyun vaxtı öz aralarında problem yaşasalar belə, bir qədər sonra heç bir şey olmamışmış kimi eyni oyunu davam etdirmələri, ya da, necə deyərlər, oyuna sıfırdan başlamalarıdır. Bu, çox vaxt evli tərəflərdə çatışmayan və evli tərəflərin yaşadıqları problemlərin böyüməsinə səbəb olan bir xüsusiyyətdir.
“Evcik-evcik” oynayan uşaqların bu “yanaşma tərzi”ndən məhrum olan evli tərəflər günlərlə, hətta aylarla bir-birilərindən incik (və ya küskün) qala bilirlər. Evli tərəflər arasında yaşanan bu cür incikliklər (və ya küskünlüklər), nəticə etibarı ilə, tərəflər arasında soyuqluq meydana gəlməsinə səbəb olur. Hətta bir qədər sonra bu, evli tərəflərin istər sözlərinin, istərsə də hərəkətlərinin bir-birilərinə “anormal” görünməsinə gətirib çıxarır.
Şübhəsiz ki, hər bir evli tərəf problem yaşaya bilər. Ancaq əsas məsələ, evli tərəfin problemə necə yanaşması və incikliyə (və ya küskünlüyə) necə nöqtə qoymasıdır. Təbii ki, burada da ən yaxşı misal yenə “evcik-evcik” oyunudur.
”Evcik-evcik” oyununun iki əsas xüsusiyyətindən ikincisi isə uşaqların vaxtaşırı da olsa, rollarını dəyişmələridir. Belə ki, uşaqlar bir gün əvvəl “ata” rolunu ifa etdikləri halda, ertəsi gün “uşaq” rolunu ifa edə bilirlər.
Ardı