Amalıyla, əməliylə və qələmiylə xalqını, millətini, məmləkətini, Vətənini cəhalət zülmətindən maarif nuruna çıxarmaq üçün təknəsinin çörəyini, ürəyinin sevgisini, gözünün nurunu, barmaqlarının gücünü əsirgəməyən, heyfsilənmədən, təəssüflənmədən sərf edən - Həsən bəy Zərdabi - ölkəsində mədəni inqilaba səbəb olmuş bu genişqəlbli, dərintəfəkkürlü, uzaqgörən, fədakar və dahi insan onun dəyərini bilən ziyalılar və həmvətənləri tərəfindən hər zaman ehtiramla xatırlanmaqdadır. "Həsən bəy Zərdabi: seçilmiş məqalələri və məktubları" adlı tərcümə kitabı da dahi həmyerlimizə ziyalı həmyerlisi İsaməddin Əhmədov tərəfindən böyük hörmətin nişanələrindəndir.
Zbiqnev Bjezinski 1928-ci il martın 28-də Varşavada diplomat ailəsində dünyaya gəlib. 1958-ci ildə Amerika vətəndaşlığını qazanıb. 1960-cı ilin əvvəllərində Bjezinski həm iqtisadi, həm də beynəlxalq siyasi məsələlər üzrə ekspert kimi ABŞ-ı dünya arenasında aktiv rol oynamağa çağırmağa başlayıb. Onun fikirlərinə görə Amerika dünyanın inkişaf etmiş kapitalist ölkələri ilə siyasi həmrəylik yaratmalı idi. O zaman çoxları onun irəli sürdüyü konsepsiyaların doğru olduğunun fərqinə vardı.
1976-cı ildə ABŞ prezidenti seçilən C. Karterin dövründə Bjezinski milli təhlükəsizlik məsələləri üzrə köməkçi postuna (1977-1981) təyin edilir.
O bir sıra sanballı kitablar yazır. Onun "Böyük iflas", "Hakimiyyət və prinsip", "Böyük şahmat taxtası", "Seçim: qlobal hakimiyyət, yaxud qlobal liderlik" və bu kimi əsərləri indi də öz əhəmiyyətini qoruyub saxlayır. Rusiyanın siyasətini həmişə tənqid edən Bjezinski 1991-ci ildə SSRİ-nin süqutundan sonra bu ölkəni "Avrasiyanın düz mərkəzində yerləşən qara dəlik" adlandırıb.
"Böyük şahmat taxtası" kitab;nda ABŞ-ın Avrasiyadakı xarici
“Ferrarisini satmış rahib” ilk olaraq 1997-ci ildə çap edilib. 70-dən çox dilə tərcümə olunan kitab 50-dən çox ölkədə nəşr olunmuş kitabın 2013-cü ilədək bütün dünyada üç milyondan çox nüsxəsi satılmışdır. “Ferrarisini satmış rahib” kitabının uğurları müəllifi digər bir özünü inkişaf kitabı olan “Qırmızı ferrarisini satan rahibin gizli məktubları” əsərini yazmağa həvəslədirmişdir.
Əsərin qəhrəmanı Culian uğurlu hüquqşünasdır. O , dəbdəbəli həyata, villaya və qırmızı “Ferrari”yə sahib olan az insanlardan biridir. Cülan bütün gününü işdə keçirir, özünü işinə sərf edir. Məhkəmələrin birində qəfldən infarkt keçirir. Bu infark onun həyatını dəyişir. Sağaldıqdan sonra hər şeyini, hətta sevimli”Ferrari” sini belə satıb Hindistana gedən Culian orada yaşadığı müddətdə müdrik insanlarla tanış olur. Bu tanışlıqdan sonra bu müdriklərdən aldığı dərslər sayəsində o qədər dəyişir ki, hətta illərdir onu tanıyan dostu Con belə qayıdanda onu tanımır.
Paulo Koelyo Braziliyanin Rio de Janeyro səhərində anadan olub. “Kimyagər” onun 30 əsərindən biridir. “Kimyagər” dünyanin 117 ölkəsində, 67 dildə çap olunub . Ümumilikdə, Koelyonun kitablari 150 ölkədə 100 milyondan çox nüsxədə satilib və onun əsərləri 71 dilə tərcümə edilib. O, bütün dövrlərin portuqal dilində ən çox satilan əsərlərin müəllifidir.
Kitabi bütünlükdə sizə danismaq fikrim yoxdur – oxuyarsiz, bilərsiz. Qisaca desək əsərdə, heç nəyin təsadüf olmamasi, hər hadisənin, sözün, ugur və ugursuzlugun bir əlamət olmasi romanin qayəsini təskil edir. Müəllifə görə Insan bu əlamətləri anlayarsa və Öz Yolunu davam etdirərsə kainat ona məqsədinə çatmaqda yardim edər. Romanin ruhu ”Allah nə